Qardabani meriyasında bizə deyirlər ki, yarım əsrlik çuxuru dolduracaqlar

June 15, 2023

Müəllif: Rustam Mailov

Qardabanidə yarım əsrdən artıqdır ki, şəhərdə mövcud olan 40 min kvadratmetrdən çox çuxurun doldurulması planlaşdırılır, bu barədə bizə Qardabani bələdiyyəsinin meriyası məlumat verir.

Meriyadan daxil olan rəsmi məlumata görə, işlərin konkret başlama tarixi, müddəti və təxmini büdcəsi məlum deyil.

Sözügedən çuxurun doldurulması ilə bağlı qərar redaksiya və vətəndaş təşkilatın bir neçə dəfə Meriyaya müraciətindən sonra Meriya tərəfindən qəbul edilib. Yerli sakinlər bildirirlər ki, təhlükəsizlik normaları olmayan şəhərdə mövcud olan çuxurda müxtəlif istiqamətlərdən təhlükə var və onu cəmiyyət üçün faydalı məkana çevirmək lazımdır.

“Bir neçə il əvvəl bir adam çuxura düşdü, insanlar onu xilas etdilər. İllərdir ki, bu təhlükəli ərazinin hasarlanmasını, səliqə-sahmana salınmasını xahiş edirik, amma heç bir nəticə görünmür”. — yerli sakinlərdən biri redaksiyamıza deyir.

Çuxur nə qədər dolmağa başladı? Məlumatı dəqiqləşdirmək üçün həmin yerdə olduq ki, belə bir şəkil gördük: iki yük maşını tikinti tullantılarını dərəyə ataraq ərazini tərk edib. Doldurmaqla bağlı davamlı heç bir müvafiq işlər aparılmır.

Redaksiya mövzu üzərində işləməyə davam edir.