Martkopidə toplaşmaq üçün bina tikilməsi planlaşdırılır #Qardabani

May 5, 2023

Müəllif : Rustam Mailov

Şəkil: Sosial şəbəkə

Qardabanidə Martkopi kəndində toplaşmaq üçün bina tikintisi planlaşdırılır, meriya bunun üçün 131 min lariyə qədər vəsait ayırmağı planlaşdırır, – məlumat Satınalmalar üzrə Dövlət Agentliyinin saytında dərc olunub.

Tender sənədinə əsasən, təkliflər mayın 12-dən 15-dək qəbul ediləcək. Qalib şirkət müqavilə imzalandıqdan sonra 90 gün ərzində öz öhdəliklərini yerinə yetirməlidir.

Qardabani meriyasının infrastruktur xidmətindən bizə bildirdilər ki, ötən il Martkopi kəndində analoji tapşırıqla tender elan edilib, lakin dayandırılıb.Xidmətin rəisi Levan Xmaladze bizə bunun səbəbini bilmədiyini deyir.

çünki o vaxt bu vəzifədə işləmirdi. Bina tikmək qərarına gəlincə, meriya bildirir ki, kənddə xeyli insan yaşayır və ərazi onların ehtiyaclarına uyğunlaşdırılacaq.

Kənddə toplaşmaq üçün yerin təşkili yerli əhalinin müraciəti əsasında və ya meriyanın qərarı ilə qərara alınıb – Qardabani meriyasında suala cavab vermirlər.

Kənd Qardabani şəhərindən 55 km aralıdadır. 2014-cü ilə olan məlumata görə, kənddə 7397 nəfər yaşayır. Əhalinin 98,4%-ni etnik olaraq gürcü, 0,5%-ni erməni, 0,4%-ni ərəb, 0,3%-ni rus, 0,2%-ni isə azərbaycanlılar təşkil edir.